FORGOT YOUR DETAILS?

HESAB YARAT

Acer Notebook temiri - CompClinic

CompClinic notebook temir xidmeti olaraq, Acer notebooklara təmir xidməti göstəririk. Acer notebooklar ümumi olaraq çox xarab olmayan, sağlamlığıyla tanınan notebooklardan biridir. Acer marka notebooklarda xarab olmaların əksəriyyəti, təmizlənmədiyi üçün soyutma sisteminin düzgün işləməməsi səbəbi ilə ortaya çıxan həddindən artıq istilikdir. Acer notebooklarda, sadə bir tozlanma, sizə yüksək təmir xərcləri yarada bilər.

Compclinic Acer notebook təmir xidməti zamanı ən çox qarşılaşdığımız problemlər və səbəbləri.

Problem: Acer notebook LCD ekranında şaquli və ya üfüqi xətlər
Səbəb: Acer noutbuklarında bu problem adətən ekranın və ya videokartın xarab olması səbəbindən yaranır.

Problem: Acer ekranının görüntüsü yox olur və qayıdır.
Səbəb: Acer notebooklarda bu problem çox hallarda lcd kabel qırılması və ya xatab olması nəticəsində yaranır.

Problem: Acer notebooku heç işləmir
Səbəb: Acer notebookunuzun işləməməsi Acer noutbuk adapterinizin problemli olmağı və ya Acer notebookun anakart problemlərinin olması ola bilər.
Adaprtorunuz işləmirsə, orjinal Acer marka adapterləri CompClinic Acer rəsmi servis mərkəzindən əldə edə bilərsiniz. Anakart problemləri isə, yoxlanıldıqdan sonra təmiri ilə bağlı dəqiq məlumat verilə bilər.

Problem: Acer noutbukunun ekran bərkidicisinin qopması.
Həll: Acer noutbukunun ekran bərkidicisinin təmiri qopmanın dərəcəsindən asılıdır. Təmir edilə və ya yeni korpus sifariş edilə bilər.

Problem: Acer noutbuku ekranın keyfiyyəti azalıb, Acer notebook əvvəl açdığınız oyunları açmır
Səbəb: Noutbukun anakart üzərinə yerləşdirilmiş qrafik kartı(videokart) xarab olub və ya sürücüləri düzgün yüklənilməyib.

Problem: Acer noutbukunda səhv bios yüklənməsi və ya bios quraşdırılması zamanı enerji kəsilməsi
Həll: Notebook un bios proqramının pozulması vəziyyətində anakart üzərindəki bios çipi sökülür və eprom proqramlaşdırıcıda təkrar proqlamlanaraq yerinə qoyulur.

Problem: Acer optik oxucu, optik sürücü Cdrom, Dvdrom, Dvd-Writer yazma problemi
Səbəb: Optik oxucular uzun və davamlı istifadə nəticəsində xarab olan cihazlardır. Bəzən optik oxuyucu lens çirklənməsi ilə də xarab ola bilər bu vəziyyətdə optik oxuyucu linzanın yüngül nəmli kağız dəsmal ilə silinməsi problemi həll edə bilər. Bunun xaricindəki vəziyyətlərdə yenisi ilə əvəz olunmalıdır.

Problem: Notebookda səs yoxdur
Səbəb: Əvvəl audio cihaz proqramının düzgün quraşdırıldığını yoxlayaq, qulaqlıq çıxışında hər hansı bir problemin və ya sökülmüş audio jackının olub olmadığını yoxlayın. Bu halda heç bir problem yoxdursa, problem anakartın təmiri ilə həll edilə bilər.

Problem: Usb, Serial, Network, LAN portlarının xarab olması
Səbəb: Problemli portları yenisi ilə əvəz etməklə həll edilə bilər. Portlar hələ də işləməsə, anakart təmir tələb edir.

 

Asus və Lenovo Rəsmi Servis

Bütün təmir xidmətləri ilə yanaşı, CompClinic, Bakıda Lenovo rəsmi servisAsus Rəsmi servis olaraq fəaliyyət göstərir.

Lenovo service Baku

Asus service Baku