FORGOT YOUR DETAILS?

HESAB YARAT

Lenovo Notebook temiri - CompClinic

CompClinic notebook temir xidmeti olaraq, Lenovo notebooklarada zəmanət daxilində və xaricində təmir xidməti göstəririk. Lenovo notebooklar ümumi olaraq çox xarab olmayan, sağlamlığıyla tanınan notebooklardan biridir. Lenovo marka notebooklarda xarab olmaların əksəriyyəti, təmizlənmədiyi üçün soyutma sisteminin düzgün işləməməsi səbəbi ilə ortaya çıxan həddindən artıq istilikdir. Lenovo notebooklarda, sadə bir tozlanma, sizə yüksək təmir xərcləri yarada bilər.

Compclinic Lenovo notebook təmir xidməti zamanı ən çox qarşılaşdığımız problemlər və səbəbləri.

Problem: Lenovo notebook LCD ekranında şaquli və ya üfüqi xətlər
Səbəb: Lenovo noutbuklarında bu problem adətən ekranın və ya videokartın xarab olması səbəbindən yaranır.

Problem: Lenovo ekranının görüntüsü yox olur və qayıdır.
Səbəb: Lenovo notebooklarda bu problem çox hallarda lcd kabel qırılması və ya xatab olması nəticəsində yaranır.

Problem: Lenovo notebooku heç işləmir
Səbəb: Lenovo notebookunuzun işləməməsi Lenovo noutbuk adapterinizin problemli olmağı və ya Lenovo notebookun anakart problemlərinin olması ola bilər.
Adaprtorunuz işləmirsə, orjinal Lenovo marka adapterləri CompClinic Lenovo rəsmi servis mərkəzindən əldə edə bilərsiniz. Anakart problemləri isə, yoxlanıldıqdan sonra təmiri ilə bağlı dəqiq məlumat verilə bilər.

Problem: Lenovo noutbukunun ekran bərkidicisinin qopması.
Həll: Lenovo noutbukunun ekran bərkidicisinin təmiri qopmanın dərəcəsindən asılıdır. Təmir edilə və ya yeni korpus sifariş edilə bilər.

Problem: Lenovo noutbuku ekranın keyfiyyəti azalıb, lenovo notebook əvvəl açdığınız oyunları açmır
Səbəb: Noutbukun anakart üzərinə yerləşdirilmiş qrafik kartı(videokart) xarab olub və ya sürücüləri düzgün yüklənilməyib.

Problem: Lenovo noutbukunda səhv bios yüklənməsi və ya bios quraşdırılması zamanı enerji kəsilməsi
Həll: Notebook un bios proqramının pozulması vəziyyətində anakart üzərindəki bios çipi sökülür və eprom proqramlaşdırıcıda təkrar proqlamlanaraq yerinə qoyulur.

Problem: LCD ekranı çatlama, qırılma, ölü pixel formalaşması
Həll: Zəmanətli hallarda, əgər ekran qırılmayıbsa zəmanətli olaraq ekranın yenisi ilə əvəzlənməsi həyata keçiriləcək.

Problem: Lenovo optik oxucu, optik sürücü Cdrom, Dvdrom, Dvd-Writer yazma problemi
Səbəb: Optik oxucular uzun və davamlı istifadə nəticəsində xarab olan cihazlardır. Bəzən optik oxuyucu lens çirklənməsi ilə də xarab ola bilər bu vəziyyətdə optik oxuyucu linzanın yüngül nəmli kağız dəsmal ilə silinməsi problemi həll edə bilər. Bunun xaricindəki vəziyyətlərdə yenisi ilə əvəz olunmalıdır.

Problem: Notebookda səs yoxdur
Səbəb: Əvvəl audio cihaz proqramının düzgün quraşdırıldığını yoxlayaq, qulaqlıq çıxışında hər hansı bir problemin və ya sökülmüş audio jackının olub olmadığını yoxlayın. Bu halda heç bir problem yoxdursa, problem anakartın təmiri ilə həll edilə bilər.

Problem: Usb, Serial, Network, LAN portlarının xarab olması
Səbəb: Problemli portları yenisi ilə əvəz etməklə həll edilə bilər. Portlar hələ də işləməsə, anakart təmir tələb edir.