FORGOT YOUR DETAILS?

HESAB YARAT

Msi Notebook temiri - CompClinic

CompClinic notebook temir xidmeti olaraq, Msi notebooklarada zəmanət daxilində və xaricində təmir xidməti göstəririk. Msi notebooklar ümumi olaraq çox xarab olmayan, sağlamlığıyla tanınan notebooklardan biridir. Msi marka notebooklarda xarab olmaların əksəriyyəti, təmizlənmədiyi üçün soyutma sisteminin düzgün işləməməsi səbəbi ilə ortaya çıxan həddindən artıq istilikdir. Msi notebooklarda, sadə bir tozlanma, sizə yüksək təmir xərcləri yarada bilər.

Compclinic Msi notebook təmir xidməti zamanı ən çox qarşılaşdığımız problemlər və səbəbləri.

Problem: Msi notebook LCD ekranında şaquli və ya üfüqi xətlər
Səbəb: Msi noutbuklarında bu problem adətən ekranın və ya videokartın xarab olması səbəbindən yaranır.

Problem: Msi ekranının görüntüsü yox olur və qayıdır.
Səbəb: Msi notebooklarda bu problem çox hallarda lcd kabel qırılması və ya xatab olması nəticəsində yaranır.

Problem: Msi notebooku heç işləmir
Səbəb: Msi notebookunuzun işləməməsi Msi noutbuk adapterinizin problemli olmağı və ya Msi notebookun anakart problemlərinin olması ola bilər.
Adaprtorunuz işləmirsə, orjinal Msi marka adapterləri CompClinic Msi rəsmi servis mərkəzindən əldə edə bilərsiniz. Anakart problemləri isə, yoxlanıldıqdan sonra təmiri ilə bağlı dəqiq məlumat verilə bilər.

Problem: Msi noutbukunun ekran bərkidicisinin qopması.
Həll: Msi noutbukunun ekran bərkidicisinin təmiri qopmanın dərəcəsindən asılıdır. Təmir edilə və ya yeni korpus sifariş edilə bilər.

Problem: Msi noutbuku ekranın keyfiyyəti azalıb, Msi notebook əvvəl açdığınız oyunları açmır
Səbəb: Noutbukun anakart üzərinə yerləşdirilmiş qrafik kartı(videokart) xarab olub və ya sürücüləri düzgün yüklənilməyib.

Problem: Msi noutbukunda səhv bios yüklənməsi və ya bios quraşdırılması zamanı enerji kəsilməsi
Həll: Notebook un bios proqramının pozulması vəziyyətində anakart üzərindəki bios çipi sökülür və eprom proqramlaşdırıcıda təkrar proqlamlanaraq yerinə qoyulur.

Problem: Msi optik oxucu, optik sürücü Cdrom, Dvdrom, Dvd-Writer yazma problemi
Səbəb: Optik oxucular uzun və davamlı istifadə nəticəsində xarab olan cihazlardır. Bəzən optik oxuyucu lens çirklənməsi ilə də xarab ola bilər bu vəziyyətdə optik oxuyucu linzanın yüngül nəmli kağız dəsmal ilə silinməsi problemi həll edə bilər. Bunun xaricindəki vəziyyətlərdə yenisi ilə əvəz olunmalıdır.

Problem: Notebookda səs yoxdur
Səbəb: Əvvəl audio cihaz proqramının düzgün quraşdırıldığını yoxlayaq, qulaqlıq çıxışında hər hansı bir problemin və ya sökülmüş audio jackının olub olmadığını yoxlayın. Bu halda heç bir problem yoxdursa, problem anakartın təmiri ilə həll edilə bilər.

Problem: Usb, Serial, Network, LAN portlarının xarab olması
Səbəb: Problemli portları yenisi ilə əvəz etməklə həll edilə bilər. Portlar hələ də işləməsə, anakart təmir tələb edir.

 

Asus və Lenovo Rəsmi Servis

Bütün təmir xidmətləri ilə yanaşı, CompClinic, Bakıda Lenovo rəsmi servisAsus Rəsmi servis olaraq fəaliyyət göstərir.

Lenovo service Baku

Asus service Baku