FORGOT YOUR DETAILS?

HESAB YARAT

Sony Notebook temiri - CompClinic

CompClinic notebook temir xidmeti olaraq, Sony notebooklarada təmir xidməti göstəririk. Sony notebooklar ümumi olaraq çox xarab olmayan, sağlamlığıyla tanınan notebooklardan biridir. Sony marka notebooklarda xarab olmaların əksəriyyəti, təmizlənmədiyi üçün soyutma sisteminin düzgün işləməməsi səbəbi ilə ortaya çıxan həddindən artıq istilikdir. Sony notebooklarda, sadə bir tozlanma, sizə yüksək təmir xərcləri yarada bilər.

Compclinic Sony notebook təmir xidməti zamanı ən çox qarşılaşdığımız problemlər və səbəbləri.

Problem: Sony notebook LCD ekranında şaquli və ya üfüqi xətlər
Səbəb: Sony noutbuklarında bu problem adətən ekranın və ya videokartın xarab olması səbəbindən yaranır.

Problem: Sony ekranının görüntüsü yox olur və qayıdır.
Səbəb: Sony notebooklarda bu problem çox hallarda lcd kabel qırılması və ya xatab olması nəticəsində yaranır.

Problem: Sony notebooku heç işləmir
Səbəb: Sony notebookunuzun işləməməsi Sony noutbuk adapterinizin problemli olmağı və ya Sony notebookun anakart problemlərinin olması ola bilər.
Adaprtorunuz işləmirsə, orjinal Sony marka adapterləri CompClinic Sony rəsmi servis mərkəzindən əldə edə bilərsiniz. Anakart problemləri isə, yoxlanıldıqdan sonra təmiri ilə bağlı dəqiq məlumat verilə bilər.

Problem: Sony noutbukunun ekran bərkidicisinin qopması.
Həll: Sony noutbukunun ekran bərkidicisinin təmiri qopmanın dərəcəsindən asılıdır. Təmir edilə və ya yeni korpus sifariş edilə bilər.

Problem: Sony noutbuku ekranın keyfiyyəti azalıb, Sony notebook əvvəl açdığınız oyunları açmır
Səbəb: Noutbukun anakart üzərinə yerləşdirilmiş qrafik kartı(videokart) xarab olub və ya sürücüləri düzgün yüklənilməyib.

Problem: Sony noutbukunda səhv bios yüklənməsi və ya bios quraşdırılması zamanı enerji kəsilməsi
Həll: Notebook un bios proqramının pozulması vəziyyətində anakart üzərindəki bios çipi sökülür və eprom proqramlaşdırıcıda təkrar proqlamlanaraq yerinə qoyulur.

Problem: Sony optik oxucu, optik sürücü Cdrom, Dvdrom, Dvd-Writer yazma problemi
Səbəb: Optik oxucular uzun və davamlı istifadə nəticəsində xarab olan cihazlardır. Bəzən optik oxuyucu lens çirklənməsi ilə də xarab ola bilər bu vəziyyətdə optik oxuyucu linzanın yüngül nəmli kağız dəsmal ilə silinməsi problemi həll edə bilər. Bunun xaricindəki vəziyyətlərdə yenisi ilə əvəz olunmalıdır.

Problem: Notebookda səs yoxdur
Səbəb: Əvvəl audio cihaz proqramının düzgün quraşdırıldığını yoxlayaq, qulaqlıq çıxışında hər hansı bir problemin və ya sökülmüş audio jackının olub olmadığını yoxlayın. Bu halda heç bir problem yoxdursa, problem anakartın təmiri ilə həll edilə bilər.

Problem: Usb, Serial, Network, LAN portlarının xarab olması
Səbəb: Problemli portları yenisi ilə əvəz etməklə həll edilə bilər. Portlar hələ də işləməsə, anakart təmir tələb edir.

Asus və Lenovo Rəsmi Servis

Bütün təmir xidmətləri ilə yanaşı, CompClinic, Bakıda Lenovo rəsmi servisAsus Rəsmi servis olaraq fəaliyyət göstərir.

Lenovo service Baku

Asus service Baku